İstanbulda təxminən 600 mindən çox ev yaşayış üçün təhlükəli sayılır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Məhməd Özhaseki deyib.
“Nazirliyimizin iştirakı ilə 188 yerdə abadlıq işləri davam edir. Lakin onların sürətləndirilməsinə ehtiyac var. Biz şəhərin Asiya və Avropa hissəsində iki böyük ehtiyat zona müəyyən etmişik ki, orada 350 min ev tikə bilərik”, - Özhaseki bildirib.
Nazirin sözlərinə görə, İstanbulun yerləşdiyi Mərmərə dənizi bölgəsində 2030-cu ilə qədər 7,5 bal gücündə zəlzələ proqnozlaşdırılır:
“Heç kəsi narahat etmək istəmirik, amma bu barədə danışmalıyıq. Türkiyənin hər yerində və hər an zəlzələ ola bilər. Türkiyə zəlzələ riski olan 5 ölkədən biridir”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı