Çinin dövlətə məxsus “Standart xəritələrin kartoqrafiya xidməti” 2023-cü il üçün Rusiya ərazilərinin bir parçasının Çinin bir hissəsi kimi çəkilən yeni, rəsmi təsdiq edilmiş coğrafi xəritələr toplusunu buraxıb.
BUTA.TV xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Söhbət Amur çayı üzərində yerləşən, Rusiya və Çin arasında 2008-ci ildə bağlanmış müqavilə əsasında bölünmüş Bolşoy Ussuriyski adasından gedir. Dərc edilmiş xəritədə ada ölkənin ən şərq nöqtəsi kimi qeyd olunub.
“Standart xəritə Çinin və dünyanın digər ölkələrinin sərhədlərinin dizaynı üçün milli standartlara uyğun tərtib edilib”, -xidmət açıqlayıb.
Yeni rəsmi xəritələr dəsti xəbərlərdə, kitablarda, reklam materiallarında illüstrasiya kimi istifadə üçün nəzərdə tutulub. Onlar həmçinin istinad üçün əsas xəritəsi kimi istifadə edilə bilər.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı