Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntı aşkarlanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə bu barədə məlumat verib.
Onun sözlərinə görə, qoç tarixən Azərbaycan xalqının qədim mənəvi mədəniyyətində bolluq-bərəkət simvolu olub: "Xudutəpə yaşayış məskəninin ilk tunc dövrü təbəqəsindən arxeoloji qazıntılar zamanı tapılmış bu kiçik qoç nümunəsi Muğanın minilliklər tarixinin öyrənilməsi üçün çox əhəmiyyətlidir".
Qeyd edək ki, əvvəlki qazıntılar zamanı sözügedən yaşayış məskəninin üst qatından orta əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri, eləcə də digər qoç fiqurları üzə çıxıb.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı