Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər. Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun “aksiyası”nın (təxribatının) nəticəsini gözləyəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paris meri “humanitar yük”lə Azərbaycan sərhədinə gəlməyi planlaşdırır:
“Erməni lobbisi Parisin merini zərbə altında qoyacaqlar. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcək: “İndi nə edək?”
Fikrimcə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik”.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 ton un məhsulları olan humanitar yük Ağdam-Xankəndi yoluna çatıb və rus sülhməramlılara bu barədə məlumat verilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı