Ağac aşdı, magistral yol bağlandı

18:48 - 29 Avqust 2023 - GÜNDƏM

 Ağac aşdı, magistral yol bağlandı

Qəbələ rayonunda külək ağacı yola aşırıb, avtomobillərin hərəkətinə maneə yaranıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qəbələ şəhərində iri gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb. Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla Əliyeva ona qolbağını bağışladı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol