Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1973-cü il təvəllüdlü Ramiz Aydın oğlu Rzayevin idarə etdiyi "Kamaz" markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü Azər Zülfüqar oğlu Quliyev isə ağır bədən xəsarətləri alıb.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb olduğu ehtimal olunur.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı