Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.
BUTA.TV "TurkicWorld"-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.
"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır”, – deyə Tatar qeyd edib.
Xatırladaq ki, bu gün yunan Kiprində yerləşən məscidə molotov kokteyli ilə hücum edilib.
Polis hücumla bağlı araşdırma apardığını bildirib.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir