“Əgər Ermənistan bu gün Azərbaycanla sərhədə hərbi texnika, canlı qüvvə cəmləşdirirsə, deməli, yenə hansısa təxribata hazırlaşır. Bu şübhəsizdir. Düşmən bu yolla nəyəsə nail olmağa çalışır. Ancaq qarşı tərəf bilməlidir ki, bu qarşıdurma Ermənistan üçün əsl faciə olacaq”.
Bunu millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, Ermənistanı yeni qarşıdurmaya təhrik edən ona havadarlıq edən dövlətlərdir: “Beynəlxalq erməni lobbisindən dəstək alan Ermənistan intensiv şəkildə bölgəyə hərbi qüvvələr cəlb edir. Yeni bir təxribata əl atmaqla, status-kvonu öz xeyrinə dəyişmək niyyəti güdür. Ancaq ermənilərin bu niyyəti heç bir zaman baş tutmayacaq. Bu qarşıdurma Ermənistanın sonu olacaq. Çünki Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanın hərbi potensialının 80 faizdən çoxunu məhv edib. Bu baxımdan, əminliklə bildirirəm ki, yeni qarşıdurma Ermənistan ordusunun qalıqlarının da qısa zamanda məhv olması ilə nəticələnəcək”.
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?