Əsas səhmdarı “Bank Respublika” olan “Bakı Sığorta” şirkətinin biznesi getdikcə daha da kiçilir.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, sığorta şirkəti bu ilin ilk yeddi ayında 3,2 milyon manat sığorta haqqı toplayıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13% və ya 475 min manat azdır. 2022-ci ilin yanvar-iyul aylarında sığorta şirkəti 3,7 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Bu dövrdə “Bakı Sığorta”nın sığorta ödənişləri isə əksinə, 5,3% və ya 78 min manat artaraq 1,54 milyon manata yüksəlib. Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə də təsirsiz ötüşməyib.
Belə ki, “Bakı Sığorta” 2022-ci ilin ilk yeddi ayında topladığı hər 100 manatdan 39,5 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 47,8 manata qədər artıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir