Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanlarına informasiya texnologiyalarından (kompüterdən, internetdən, mobil telefondan) təhlükəsiz istifadəyə dair test tapşırıqlarının da daxil edilməsi məqsədəuyğun hesab edilib.
Bu barədə BUTA.TV-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib və imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib. 2023-cü il oktyabr ayından etibarən keçirilən imtahanlarda bu mövzuya dair test tapşırıqlarının da istifadə edilməsi nəzərdə tutulur.
İmtahana hazırlaşan namizədlər yenilənmiş proqramla DİM-in saytında tanış ola bilərlər.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video