Yevgeni Priqojin ölümündən bir gün əvvəl Moskvada Vladimir Putinlə görüşə bilərdi.
BUTA.TV xəbər verir ki, bu barədə “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hadisədən bir neçə gün öncə “Vaqner” rəhbəri Afrikadan qayıdıb. Avqustun 22-də isə Putin Moskvada Mozambik prezidenti ilə görüşüb.
Priqojin həmin gün axşam Peterburqa uçmalı idi, lakin uçuş növbəti günə təxirə salınıb. Versiyalardan birinə görə, uçuş Putinlə Priqojinin görüşü səbəbindən baş tutmayıb.
Bundan başqa “Vaqner” rəhbərinin olduğu təyyarəyə əlavə mühafizəçilər də yerləşdirilib.
Kremlin mətbuat katibi Dmitri Peskov isə deyilənləri təkzib edərək, Putinlə Priqojinin son zamanlar görüşmədiklərini bildirib.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video