Rusiya lideri Vladimir Putinin reytinqi açıqlanıb.
BUTA.TV xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya görə, Putini rusiyalıların 73,3%-nin dəstəklədiyi üzə çıxıb.
Baş nazir Mixail Mişustin 59,5%, Kommunist Partiyasının lideri Gennadi Züqanov isə 31,4% səs toplayıb.
Bununla yanaşı, respondentlərin 48,9%-i Rusiya hökumətinin, 50,4%-i isə baş nazirin fəaliyyətini bəyəndiyini açıqlayıb.
Qeyd edilir ki, sorğu 14-20 avqustda 1,6 min rusiyalı arasında telefonla aparılıb.
Sorğuda Putinin reytinqinin hazırkı müharibə şəraitinə və gərginliyə baxmayaraq, yüksək olması diqqət çəkib.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video