Azərbaycan icazə vermədi, durbinlə izlədi - Foto

12:44 - 25 Avqust 2023 - GÜNDƏM

 Azərbaycan icazə vermədi, durbinlə izlədi - Foto

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik Gorunzurda (Kornidzor) sərhəd ərazisinə baş çəkib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

O, durbinlə Azərbaycanın Laçın yolunda qurduğu sərhəd-buraxılış məntəqəsini və qarşısında gözləyən “humanitar yardım” TIR-larının olduğu ərazini müşahidə edib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik iki gün öncə Ermənistana gedib və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Azərbaycan isə Kaspşiki qəbul etməkdən imtina edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol