Məktəb illərində yaxın dost olmuşuq. Son vaxtlar görüşməsək də, əsasən sosial şəbəkə üzərindən əlaqəmiz var idi. Rüstəm Kərimov milliyyətcə tatar idi.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Vaqner”in rəhbəri Yevgeni Priqojinin qəzaya uğradığı təyyarənin ikinci pilotu Rüstəm Kərimovun dostu A.Tsukanov deyib.
O, Rüstəmlə eyni sinifdə təhsil aldığını bildirib.
Qeyd edək ki, R.Kərimovun azərbaycanlı olduğu iddia edilirdi. Bəzi yaxınları isə onun atasının tacik, anasının rus olduğunu bildirirlər.
Xatırladaq ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən qəzaya uğrayıb. Təyyarədəki 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.
Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı