Partlayıcı qurğu Priqojinin təyyarəsinin şassisinə yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, partlayış məhz şassi bölməsində təyyarə havada olarkən baş verib. Nəticədə qanad qoparaq stablizatora dəyib və təyyarə hündürlüyə qalxaraq yenidən aşağı düşməyə başlayıb.
“Partlayışın təsirindən təyyarənin içində olanlar huşlarını itiriblər, buna görə də pilotlar baş verənlər barədə aşağıya məlumat ötürə bilməyib. Amma bütün hallarda qanadsız və stablizatorsuz təyyarəni xilas etmək mümkün olmayacaqdı. Məhz havadakı partlayışdan sonra təyyarənin quyruq hissəsi füzelyajdan 5 kilometr aralıya düşüb”, - mənbə bildirib.
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı