Rusiya Prezidenti Vladimir Putin hərbi komandanlığa “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsini vurmağı əmr edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Bildirilib ki, bu addım “Vaqner”in 23-24 iyun tarixli silahlı qiyamının Putin və Rusiya Müdafiə Nazirliyinə vurduğu rüsvayçılığın qisasını almaq üçün açıq cəhddir:
“Rusiyanın bütün siyasi və təhlükəsizlik sferası, yəqin ki, qiyam cəhdindən sonra Priqojinin sağ qalmasını yalnız Putinin qərarı ilə bağlı olduğunu hesab edirdi.
Rusiya Müdafiə Nazirliyi və Kreml qiyam anından Priqojinin nüfuzunu zəiflətdi. Hətta “Vaqner”in bəzi komandirləri Müdafiə Nazirliyinə bağlı olan “Redut” özəl hərbi şirkətinə keçdilər. Bu onu deməyə əsas verir ki, Kreml və Müdafiə Nazirliyinin bəzi “Vaqner” döyüşçülərini Priqojinə sadiq muzdlulardan ayırmaq cəhdləri qismən uğurlu oldu”.
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı