Qarabağ separatçılarının başçısı Araik Arutyunyan dünən qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini açıqlayıb.
Buta.tv xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrinin məlumatında bildirilib.
Erməni nəşri yazır ki, A.Arutyunyan bu qərar barədə ətraflı məlumat verməsə də, əlavə edib ki, həmin yoldan ticarət “qismən” olacaq. Onun sözlərinə görə, buradan tikinti materialları, dizel yanacağı, dərmanlar və ərzaq məhsulları Rusiya sülhməramlıları vasitəsilə Xankəndiyə gətiriləcək.
Arutyunyan Azərbaycandan alınacaq qaz və elektrik enerjisi məsələsinin növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu da qeyd edib. O, söyləyib ki, Azərbaycan bəzi məsələlərdə onlara güzəştə gedir və bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir.
Separatçı qurum “rəsmiləri” sadalanan məsələləri təşkil etmək üçün yaxın vaxtlarda yenidən görüşməyi qərara alıblar.
Xatırladaq ki, iyul ayında Brüsseldə Avropa Şurasının sədri Şarl Mişel Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa humanitar dəhliz verməsi təklifini alqışlamışdı. Bu məsələ BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə keçirilən iclasında da müzakirə edilib.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto