Yaxın 30 ildə Fransada 50°C-ə qədər anormal yüksək temperaturun qeydə alına biləcəyini bildirib.
BUTA.TV xəbər verir ki, bunu Fransa Tədqiqat və İnkişaf İnstitutunun (IRD) iqlim dəyişikliyi üzrə eksperti Fransuaza Vimeux deyib.
Onun sözlərinə görə, bu cür temperatur göstəriciləri 2050-ci ilə qədər ola bilər.
Vimeux həmçinin qeyd edib ki, yay mövsümü daha uzun olacaq və iyundan sentyabr ayına qədər istilik dalğaları daha sıx və uzun sürəcək.
O vurğulayıb ki, 2040-cı ilə qədər ölkənin cənub-şərqindəki Lionda anomal yüksək temperaturlu günlərin sayı 35-ə çatacaq, halbuki ötən əsrin sonunda bu rəqəm 10-u keçməyib.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto