Dünya çempionu Bakıda zəhərləndi

23:52 - 22 Avqust 2023 - GÜNDƏM

 Dünya çempionu Bakıda zəhərləndi

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra qidadan zəhərlənib.

BUTA.TV-ın xəbərinə görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.

Şahmatçı bildirib ki, son iki gündür yemək yeyə bilmir:

“Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim.

Bu xəbər hal-hazırda çox oxunur
Benzin bahalaşacaq? - VİDEO

Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol