Rusiya dünyanın ən böyük beş iqtisadiyyatından biridir.
BUTA.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında daxili iqtisadiyyatın vəziyyətindən danışarkən deyib.
O qeyd edib ki, bu, Qərb ekspertlərinin bədbin proqnozlarına baxmayaraq baş verib:
“2022-ci ilin sonunda Rusiya dünyanın ən böyük beş iqtisadiyyatına daxil olub. Dünya Bankının məlumatına görə, Rusiya Federasiyası alıcılıq qabiliyyəti paritetinə görə, iqtisadi həcmə görə Almaniyanı qabaqlayaraq, liderliyə yüksəlib”.
Rusiya lideri bunu “ən vacib göstəricilərdən biri” adlandırıb.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto