Asiya Çempionlar Liqasının pley-off mərhələsində avqustun 22-i Təbrizin Səhənd stadionunda “Traktor”la Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” komandaları arasında keçiriləcək oyun canlı yayımlanmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə İranın idman kanalının saytında məlumat verilib.
Görüşün canlı yayımlanmaması “Traktor” tərəfdarlarının qəzəbinə səbəb olub.
Təbrizin “Azərəncümən” xəbər saytı da İran televiziyasının bu əməlini tənqid edən yazı dərc edib. Yazıda Asiyanın ən çox azarkeşi olan komandasının oyununun canlı yayınlanmasının başadüşülən olmadığı qeyd edilib.
“Bundan əvvəl də “Traktor”a qarşı belə haqsızlıqlar edilmişdi. Görünür, nəsə dəyişməyib və bu təkrar edilir. Televiziyanın xərclərinin İranda yaşayan 80 milyon əhalinin hesabına ödənildiyi nəzərə alınmalıdır”, - yazıda bildirilib.
Sayt bunu azərbaycanlılara qarşı ayrı-seçkilik kimi dəyərləndirib:
“Traktor”a qarşı belə ögey münasibətin bəslənildiyi halda Tehran komandalarının oyunlarının daim birbaşa yayımlanması ayrı-seçkiliyin bariz nümunəsidir”.
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto