Rusiya Prezidenti Vladimir Putinin spikeri Dmitri Peskov Rusiya Federasiyasında seçkilərlə bağlı qalmaqallı bəyanatından sonra ictimai məkandan yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın BRIEF nəşri məlumat yayıb.
Bildirilib ki, Peskov sonuncu dəfə 4 avqustda brifinqdə iştirak edib
Nəşr xatırladıb ki, avqustun 6-da ABŞ-ın “Nyu York Tayms” qəzeti Dmitri Peskovun Rusiyadakı 2024-cü il prezident seçkilərilə bağlı “bizim prezident seçkilərimiz əslində demokratik deyil, bahalı bürokratiyadır. Putin gələn il 90%-dən çox səslə yenidən seçiləcək” deyə sitatını yayımlayıb. Daha sonra isə Peskov onun fikirlərini jurnalistlərin yanlış anladığını bildirib.
“O vaxtdan bəri Peskovdan xəbər yoxdur”, - nəşr qeyd edib.
Siyasi strateq Abbas Qalyamov da hesab edir ki, Putinin mətbuat katibi yalan danışıb. Onun fikrincə, Peskov Putinin gözündə rüsvay olub.
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto