Dayanma və durma qaydalarını pozan bəzi sürücülər cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsullardan istifadə etməyi davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BUTA.TV-a daxil olan məlumata görə, müşahidə kameralarının qeydə aldığı videogörüntülərdən də aydın olur ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozmalarına baxmayaraq, avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırmağa çalışırlar.
"Ancaq həmin sürücülərə xatırlatmaq istəyirik ki, qayda pozuntusu müşahidə kameraları vasitəsi ilə qeydə alınır və sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir", - məlumatda bildirilib.
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü