Beynəlxalq təşkilatlar jurnalist Daria Duqinanın qətlinə və Ukraynanın Rusiya KİV nümayəndələrinə qarşı törətdiyi digər cinayətlərə münasibət bildirməyib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Duqinanın faciəli ölümündən bir il keçsə də, biz müvafiq beynəlxalq təşkilatlardan və insan haqları institutlarından media nümayəndələrinə qarşı qəsdən törədilmiş bir çox vəhşiliklər barədə bir kəlmə də eşitməmişik. Bu qurumlar jurnalistləri yaxşıya və pisə bölməkdə davam edir və onların fəaliyyətində ikiüzlülük hökm sürür”, - Zaxarova bildirib.
Qeyd edək ki, Darya Duqina ötən ilin avqustun 20-də avtomobilinə qoyulan bombanın partlaması nəticəsində ölmüşdü.
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!