İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri Tenerifedə yanğınlar səbəbindən insanlar təxliyə olunub.
BUTA.TV xəbər verir ki, adadakı yanğınların söndürülməsi və risk altında olanların təxliyəsi üçün işlər davam etdirilir.
Kanar adaları müşaviri Kandelaria Delqado yerli RTVC telekanalına bildirib ki, Tenerifedəki yanğınlar səbəbindən ümumilikdə 26 min insan təxliyə edilib.
Rəsmilər avqustun 15-dən Kanar adasının ən böyük təbiət parkı da daxil olmaqla 5 min hektar ərazinin yandığı barədə məlumat yayıblar.
Tenerife meteorologiya səlahiyyətliləri temperaturun artmağa davam edəcəyi ilə bağlı məlumat paylaşıb.
Bölgədən təxliyə ediləcək insanların sayının artacağı ehtimal olunur.
- İmtahanların başlama saatı dəyişdirildi
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü