Türklərin məruz qaldığı hücumlar, qətliamlar və insan hüququ pozuntuları məsələsində heç səsi çıxmayan, özlərini “Türkiyəli bir qrup yazar, siyasətçi və hüquq müdafiəçisi” kimi təqdim edən bəzi şəxslər illərlə Ermənistanın işğalı altında olan Qarabağın azad edilməsindən duyduqları narahatlığa görə Türkiyə və Azərbaycana qarşı beynəlxalq ictimaiyyətə çağırış ediblər.
BUTA.TV xəbər verir ki, bu sözlər Türk Ocaqlarının Türkiyədə bir qrup “ziyalı”nın Qarabağdakı “blokada” barədə dünyaya çağırışını pisləyən bəyanatında qeyd olunub.
Təşkilat bu addımı atanları xəyanət şəbəkəsi adlandırıb:
“Xocalıda vəhşi şəkildə qətlə yetirilən soydaşlarımız üçün kədərini dilə gətirməyən, o soyqırımı edən Ermənistan ordusunu əsla qınamayan bu utanmazlar Qarabağdakı ermənilərə qarşı “soyqırım” ehtimalını da gündəmə gətirən “blokada”dan dəm vururlar. Türk Ocaqları olaraq bu xəyanət şəbəkəsini şiddətlə qınayır, Türkiyənin qardaş Azərbaycan dövləti ilə həmrəyliyini daha da gücləndirməsinin bu qaragüruha veriləcək ən yaxşı cavab olduğunu türk millətinə ehtiramla bildiririk”.
- İmtahanların başlama saatı dəyişdirildi
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü