İran Prezidenti İbrahim Rəisi ilə Hindistanın baş naziri Narendra Modi arasında bu axşam telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Modi İran və Hindistan arasında ikitərəfli və uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Çabahar limanı layihəsini, onun inkişafı və regional nəqliyyat mərkəzinə çevrilməsini regionun çiçəklənməsi üçün fürsət adlandırıb.
Rəisi isə bildirib ki, İran regional inteqrasiyanın gücləndirilməsi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə sadiqdir və bu baxımdan bütün dünya ölkələri, xüsusilə də Asiya ölkələri ilə qarşılıqlı əlaqədə olmağa çalışır.
İran prezidenti Hindistanla xüsusilə tranzit enerji sektoru və regional təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsini vacib adlandırıb.
- İmtahanların başlama saatı dəyişdirildi
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü