Ucarda qadın boğularaq öldürülüb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...