Ağcabədidə oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a bildirilib ki, Ağcabədi Rayon Polis Ṣöbəsinə şəhər ərazisindəki qəbiristanlıqdan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb. Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb.
Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumluq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO