Regionda sabitlik və təhlükəsizlikdə bilavəsitə maraqlı olan ölkə kimi, həmçinin təşəbbüslərdə aktiv iştirak edən Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal qurumun Təhlükəsizlik Şurasının iclasında deyib.
“Problemi kontekstə uyğun həll etməliyik. İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq Laçın dəhlizi, Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyadaəleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqlar nəzərə alınmayıb”, - o diqqətə çatdırıb.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü