Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin Qarabağdakı humanitar vəziyyətlə bağlı hazırda davam edən iclasında deyib.
“30 ilə yaxındır ki, məhz Ermənistan 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb.
Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil", - Yaşar Əliyev bildirib.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü