Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Borrel “X” (Tvitter) səhifəsində yazıb.
“Mən nazir Abdullahian ilə digər məsələlərlə yanaşı, avropalı məhbusların azad edilməsinin və fundamental insan hüquqlarına hörmətin təmin edilməsinin vacibliyindən danışdım. Biz nüvə proqramı ilə bağlı vəziyyətin deeskalasiyası və MAQATE ilə əməkdaşlığın əsas əhəmiyyətinin yer aldığı İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqu müzakirə etdik. Rusiya ilə hərbi əməkdaşlıqdan dərin narahatlığını ifadə edib”, - o yazıb.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü