Elmi araşdırmalara və Xəzərin su balansına təsir edən iqlim komponentlərinin mövcud dəyişmə tendensiyasının monitorinqinə əsasən, bölgədə hökm sürən iqlim şəraitinin təsiri nəticəsində 2100-cü ilədək Xəzərin səviyyəsinin azalacağı və miqyasının kiçiləcəyi proqnozlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Xəzər Dənizi Araşdırmaları Mərkəzinin rəhbəri Seyidə Məsumə Bəni Haşimi deyib.
Onun sözlərinə görə, belə bir hal baş verərsə, İran sahillərinə, xüsusən Xəzərin cənub-şərqinə ciddi təsir göstərəcək:
“Son məlumatlara əsasən, Xəzər dənizinin səviyyəsi 2022-ci ildə 2021-ci illə müqayisədə 26 sm azalıb. Ümumilikdə, 1995-ci ildən indiyədək dənizin səviyyəsi azalmaqdadır və bu müddət ərzində suyun səviyyəsi iki metrə qədər azalıb”- o, bildirib.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü