Havay adalarında yanğın: ölənlərin sayı artır

16:08 - 14 Avqust 2023 - GÜNDƏM

 Havay adalarında yanğın: ölənlərin sayı artır

ABŞ-ın Havay adalarında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 96 nəfərə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin deyib.

Məlumata görə, yanğınlar nəticəsində 2200-dən çox bina dağılıb.

Qeyd edək ki, Maui adasında yanğınlar avqustun 8-də külək səbəbindən başlayıb. Havay adalarında baş verən yanğınlar ABŞ-da son 100 ildə ən ölümcül yanğın kimi tarixə düşüb. Adaların bərpasının dəyəri isə 5,52 milyard dollar olaraq qiymətləndirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Melaniya məndən cəld reaksiya verdi - Tramp

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol