Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – Səbəb

15:24 - 14 Avqust 2023 - GÜNDƏM

 Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – Səbəb

Almaniya xarici işlər naziri Annalena Berbok təyyarəsində yaranan texniki nasazlıq səbəbindən BƏƏ-nin paytaxtı Əbu-Dabidə qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, Berbok Almaniya Hərbi Hava Qüvvələrinin “Airbus A340” təyyarəsinin eniş qanadlarında yaranan mexaniki problem səbəbindən Əbu-Dabidən Avstraliyaya uça bilməyib.

Bildirilib ki, problem Əbu-Dabidən havaya qalxdıqdan bir neçə dəqiqə sonra müəyyən edilib və iki saat sonra təyyarə 80 ton yanacağı tullamaqla yenidən təhlükəsiz yerə enib.

Bu xəbər hal-hazırda çox oxunur
Melaniya məndən cəld reaksiya verdi - Tramp

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol