Yevgeni Priqojin öldürülməsə, Rusiyanın növbəti prezidenti olacaq.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə DTK və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov danışıb.
Jirnovun sözlərinə görə, “vaqnerçilər”in liderinin yalnız ona tabe olan silahlı ordusu, həmçinin milyardları və media imperiyası var. Onunla rus elitası danışıqlar apara biləcək.
“Bellingcat” saytının araşdırmaçısı Xristo Qrozev də onunla razılaşıb. Qrozdevə görə, 6 aydan sonra Yevgeni Priqojin ya öləcək, ya da yeni qiyam başlayacaq.
Qrozevin iddiasına əsasən, “Vaqner” rəhbəri qiyam ərəfəsində yüksək rütbəli rus hərbçiləri ilə daim əlaqə saxlayıb.
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat