Yerli istehsallı KAAN döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə etmişik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə bu məsələ ilə bağlı digər ölkələr, o cümlədən Pakistanla razılıq əldə edəcək:
“F-15-ləri bizə vermədilər. Beləliklə, bizi öz təyyarəmizi istehsal etməyə sövq etdilər. Belə demək mümkünsə, əslində bizə yaxşılıq etdilər”.
Nazirin sözlərinə görə, dost və qardaş ölkələr “KAAN”la bağlı layihəyə ortaq olmaq üçün çalışır.
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı