Rusiyanın Şimali Kiprdə konsulluq açması ilə bağlı qərarını Yunanıstan mediası tənqid edib.
BUTA.TV xəbər verir ki, “Pentapostagma” nəşri Moskvanın bu addımını düzgün hesab etməyib.
“Putin Cənubi Kipri kürəyindən bıçaqladı. Rusiya hakimiyyəti Şimali Kiprdə konsulluq xidməti göstərən ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransanın izi ilə gedir. Belə qənaətə gəlmək olar ki, Rusiya Şimali Kipr vasitəsilə ABŞ-a mesaj göndərmək niyyətindədir. Bununla yanaşı, Moskva Ankaraya güzəştə gedir. Putinin konsulluq qərarı Kipr probleminin həlli üçün müsbət addım deyil”, - nəşr yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Şimali Kiprdə konsulluq açacağı ilə bağlı məlumat yayılıb.
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı