Rusiya elitası Vladimir Putini devirməyə belə cəhd etmir. Buna görə də Ukraynaya qarşı müharibədə uduzduqdan sonra Rusiyada vətəndaş müharibəsi başlaya bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyakın sözlərinə görə, rus əsgərləri evə qayıdanda elita tərəfindən aldadıldıqları və onları Ukraynaya göndərilənlərə nifrət hissi yaranacaq.
O bildirib ki, belə ssenaridə Putin Rusiyada daxili vəziyyəti saxlaya bilməyəcək:
“Ona görə də Rusiya siyasi rejiminin transformasiyası və dünya ilə normal münasibətlərin bərpa prosesinə başlamaq üçün elita hakimiyyəti mümkün qədər tez ələ keçirməlidirlər”.
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı