ABŞ və İran arasında məhbusların mübadiləsi barədə razılıq əldə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Uatson açıqlama verib.
Bildirilib ki, razılıq ABŞ-dakı bir neçə iranlı məhbusun azad edilməsi və Tehranın dondurulan 6 milyard dollarlıq aktivlərinin geri qaytarılması qarşılığında baş tutub.
Razılaşma çərçivəsində İranda saxlanılan 5 İran əsilli amerikalının ev dustaqlığına buraxıldığı bildirilir.
Məlumat İranın dövlət xəbər agentliyi İRNA tərəfindən də təsdiqlənib. Həmçinin, dondurulmuş vəsaitin geri qaytarılması ilə bağlı ABŞ-ın öhdəliklərinə əməl etməsi üçün lazımi zəmanət alındığı bildirilib.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü