Rusiyanın məşhur musiqi qrupu “Little Big” İrəvandakı konsertini ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə qrup İnstaqram hesabında məlumat yayıb.
Məlumata görə, avqustun 12-i keçirilməli konsert təhlükəsizlik riski səbəbindən ləğv olunub.
Belə ki, qrup nümayəndələrinin sözlərinə görə, konsertin təşkilatçıları tədbirin insidentsiz keçəcəyinə təminat verə bilməyiblər.
Biletlərin 14 gün ərzində müştərilərə qaytarılacağı bildirilib.
Qeyd edək ki, 2020-ci ildə Rusiyanı Avroviziya mahnı müsabiqəsində təmsil edən “Little Big” qrupu ötən il ölkəni tərk edib.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp