Şərqi Azərbaycanın Elektrik Paylayıcı Şirkəti əyalətdə 66 dövlət müəssisəsi və bankına elektrik enerjisinin verilişini dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Elektrik Paylayıcı Şirkətinin baş direktoru Əkbər Fərəcniya məlumat verib.
Məlumata görə, sözügedən idarələr elektrik enerjisi sərfiyyatının azaldılması zərurəti ilə bağlı xəbərdarlıqlara məhəl qoymadıqları üçün elektrik enerjisindən məhrum ediliblər.
Qeyd edək ki, İranda elektrik enerjisi böhranı dərinləşib. Hökumətin təsdiqinə əsasən, inzibati orqanlar iş saatlarında elektrik enerjisi istehlakını azı 30%, işdən kənar vaxtlarda isə 60% azaltmalıdırlar.
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu