Ukrayna ordusu Xerson vilayətində Dnepr çayının sol sahilinə uğurlu reyd keçirib. Hərbçilər oradakı müdafiəni 800 metr dərinliyə qədər yarıblar.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbi müxbirlərə istinadla məlumat yayıb.
“Rus müxbirlərin məlumatına görə, Ukrayna ordusu hərəsində 6-7 nəfər olan 7 katerlə Dneprin sol sahilindəki Kazaçye Laqer yaşayış məntəqəsinə keçə biliblər.
Müxbirlərdən birinin dediyinə görə, bir müddət əvvəl Rusiya komandanlığı desantlardan ibarət hazırlıqlı qrupu həmin yaşayış məntəqəsindən çıxarıb və onların əvvəzinə adi əsgərləri yerləşdirib. Bu da bu rayonda rusların mövqelərini zəiflədib. Ukrayna ordusu da bu taktiki sürprizdən istifadə edərək şərq sahilə keçməyə müvəffəq olub.
Dünən günün sonunda rus hərbi müxbirlər Ukrayna hərbçilərinin geri çəkildiyini yazıblar. Hesab edilir ki, bu, məhdud reyddir, müdafiə xəttinin tam yarılması deyil”, - məlumatda qeyd olunub.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video