UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
BUTA.TV xəbər verir ki, ilk matç günündə 6 oyun keçirilib
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Sloveniyada "Olimpiya"nın qapısından 3 cavabsız top keçirib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.
Mərhələnin digər oyunlarının nəticələri:
"Rakuv" (Polşa) - "Aris" (Kipr) - 2:1
"Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya) - 0:0
PSV (Niderland) - "Şturm" (Avstriya) - 4:1
"Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) - 2:1
"Braqa" (Portuqaliya) - "Baçka Topola" (Serbiya) - 3:0
Qeyd edək ki, III təsnifat mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava