Hazırkı hökumət ölkənin sülh yolu ilə birləşdirilməsi ideyasına sadiqdir.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiyanın hücumunun 15-ci ildönümü münasibətilə çıxışında deyib.
“Rusiyanın silahlı təcavüzü böyük insan itkilərinə, məcburi köçkünlüyə və Gürcüstan ərazisinin bir hissəsinin işğalına səbəb olub ki, bu da ölkənin suverenliyi və gələcək inkişafı üçün hələ də əsas problem olaraq qalır.
Hökumət ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası və birləşməsi ideyasına sadiqdir. Biz sarsılmaz inamla yaşayırıq ki, dinc, vahid, güclü, inkişaf etmiş Gürcüstan gürcülər, osetinlər, abxazlar və ölkəmizdə yaşayan hər kəs üçün ən yaxşı perspektivdir və biz bunu tez bir zamanda həyata keçirmək üçün hər şeyi edirik”, - Qaribaşvili bildirib.
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video