Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra aparılan istintaq hərəkətləri bu rayonun icra başçısı Müstəqim Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək.
BUTA.TV Gününsəsi.info-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində icra başçısının əleyhinə ifadə verib.
Bu isə icra başçısı Müstəqim Məmmədovun həbs edilməsi üçün ciddi əsas yaradıb.
Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında Tofiq Kərimovun yerli vətəndaşdan tikintiyə icazə üçün 25 min manat pul aldığı bildirilir.
Onun bu vəsaiti icra başçısına verdiyi deyilir.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Müstəqim Məmmədov artıq özünə vəkil də tutub.
Onun bu həftə ərzində istintaqa çağırılacağı gözlənilir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı