Fransanın Ukraynaya verdiyi SCALP raketləri Rusiya üçün təhlükə yaradır.
BUTA.TV xəbər verir ki, bunu Donetsk separatçılarının rəhbəri Denis Puşilin deyib.
“Bizim üçün vəziyyət elə də dəyişməyib. Çünki Ukraynada Donetsk ərazini vura bilən silahlar çoxdan mövcuddur. Buna görə də mənzili yüksəldilmiş sözügedən raketlər Rusiyanın digər regionları üçün təhlükə daşıyır”, - Puşilin bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu raketlə mübarizə üçün yeni əks tədbirlər görür.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın yeni SCALP raketlərini verdiyini bildirmişdi.
SCALP-lar Britaniyanın “Storm” raketlərinin analoqudur.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı