Türkiyənin Bursa əyalətində minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində bir ailənin 3 üzvü olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, Bursanın Karacabey rayonunda yol kənarında dayanan yük maşınına minik avtomobili çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, həyat yoldaşı, qızı və daha bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Məlumata görə, yol kənarında dayanan TIR-ın sürücüsü yatıbmış.
Hadisə yerinə xilasedicilər, polis əməkdaşları cəlb edilib.
Qəzanın səbəbi araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı