Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüş baş tutub.
BUTA.TV xəbər verir ki, Ciddədə baş tutan görüşdə Ukraynanın müdafiə ehtiyacları, xüsusən də liman infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsi müzakirə edilib.
Tərəflər sülh formulunun həyata keçirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq kontekstində birgə fəaliyyət barədə razılığa gəliblər. NATO-nun Vilnüs sammitinin yekunları və Ukraynanın alyansa inteqrasiyası istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişin bağlanması üçün ABŞ-la danışıqların başlanmasını müsbət qiymətləndirib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı