Əgər Zənzəgur dəhlizi reallığa çevrilsə, Azərbaycan Naxçıvana Ermənistanın Sünik (Zəngəzur) vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İranın “Jamaran” nəşrində bildirilib.
Məqalədə Naxçıvan Azərbaycanın “Axilles dabanı” kimi göstərilir. Naxçıvan vasitəsilə Türkiyə ilə əlaqələrin Azərbaycan üçün önəmi vurğulanır.
“Bu gün İran 15 ölkə ilə qonşudur. Əgər Azərbaycandan Naxçıvana keçid açılsa, o zaman İranın geosiyasəti, eləcə də Qafqaz regionunda milli maraqları əsaslı dəyişikliklərin qurbanına çevriləcək və İranın Ermənistan vasitəsilə Avropaya quru yolla çıxışı həmişəlik bağlanacaq”, – deyə məqalədə vurğulanır.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı